Bu yaya damğa vuran “Basdalama” mahnısı oğurluq çıxdı – VİDEO

Bu yaya damğa vuran ən hit mahnılardan olan “Basdalama” mahnısı plagiat çıxıb.

BAKU.WS xəbər verir ki, Youtube-da sözügedən mahnının musiqi müəllifi kimi Nadeer & Rəhim Rəhimli, söz müəllifi kimi isə Nadeer və Ramil Nabran qeyd olunub.

Əslində isə dillər əzbəri olan “Basdalama” mahnısının musiqisi Aaron Davvidin – “Bikini” adlı mahnısına məxsusdur.

Qeyd edək ki, Youtube-a orginal video 2 avqust 2017-ci ildə tarixində, “Basdalama” mahnısı isə 28 avqust 2017-ci ildə yüklənib.

Luxlife.az

{youtube}ir6HKoE1IPI{/youtube}

Загрузка...