Burak və Fahriyye haqqında İNANILMAZ FAKT – VİDEO

Aktrisa Fahriye Evcen ilə həyat yoldaşı Burak Özçivitin münasibətləri haqqında yeni iddialar ortaya atılıb.

Luxlife.az xəbər verir ki, aktrisanın doğuşa 3 ay deyil, 2 ayı qaldığı məlum olub. Ana olmağa hazırlaşan ulduz hamiləlikdən dolayı çox kökəlib. Onun çox yemək yediyi və idman etmədiyi irəli sürülüb. Odur ki, mətbuatda kök halda görünmək istəmir.

Cütlüyə yaxın mənbələrdən biri isə iddia edib ki, Fahriye yaraşıqlı ərini çox qısqanır. Bu səbəbdən də evinə heç bir qadını, hətta tanış və dostlarını belə buraxmır. Etibarlı mənbənin sözlərinə görə, nə evli, nə də subay heç bir qadın Fahriye Evcenin evinə girə bilməz. Maraqlısı odur ki, Burak Özçivit həddən artıq qısqanclığa dözür, narahat olsa da, bunu həyat yoldaşına bildirmir.

Qeyd edək ki, Burak Özçivit Özbəkistanda Sevgililər Günündə qadın pərəstişkarları ilə görüşüb. Aktyor bu tədbirdən 2 milyon lirə qazanıb (660 min manata yaxın). Özbəkistanda geniş pərəstişkar kütləsinə sahib olan Burak Özçivit xüsusilə qadınlardan böyük diqqət görüb. Daşkənddə aktyorun Tarix muzeyindən çıxdığını görən bir qrup qız ulduza hücum edərək onunla şəkillər çəkdirib.

Qeyd edək ki, Burak ötən ay Küveytdə də 80 zəngin qadınla yemək yemiş və bu işdən də böyük pul qazanmışdı

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol