Buruq saçları düzləşdirməyin 4 SADƏ YOLU

Buruq saçları olanlar hər zaman saçlarının düz olmasını istəyirlər. Hər saç tipinin asan və çətin tərəfləri vardır. Nümunə üçün düz saçlar daha asan yağlanmağa meyillidilərsə, buruq saçlar əksinə daha quru şəklə sahibdirlər ki, bu səbəbdən də asanlıqla elektriklənib qabarırlar.

Düz saçlar hər zaman gözə baxımlı və  gözəl gəlir, ancaq hər gün istifadə etdiyimiz düzləşdirici zamanla saçlarımızın gücün itirə bilər.

Luxlife.az sizin üçün saçlara zərər vermədən düzləşdirməyin yollarını araşdırdı. Tamamilə təbii və bitki tərkibli vasitələr ilə saçlarınızı düzləşdirməyiniz mümkündür. Təbii vasitələr ilə saç necə düzləşdirilir?

Ev şəraitində təbii vastilərlə saç düzləşdirmənin yolları:

Südlü saç maskası

Saçlarınızı yalnız süd ilə düzləşdirməyiniz mümkündür. Süd maskası saçınızın daha həcmli olmasına kömək edəcək. Süd maskasının içində olan proteinlər saçlarınızın diblərini gücləndirəcək və saçınızın düzləşməsinə kömək edəcək.

Süd maskasını həftədə 1-2 dəfə istifadə edə bilərsiz.

Süd və bal maskası

– Bir fincan süd

– 2 yemək qaşığı bal

– Bir miqdarda çiyələk

Hazırlanması:

Bir fincan südə 2 bal qaşığı bal əlavə edin. Bu qarışımın içinə bir miqdarda çiyələk pürəsi əlavə edin. Qarışımı saçlarınıza sürtün və ən az 2 saat gözləyin. Ardından şampun ilə yaxşıca yuyun.

Yumurta ilə saç düzləşdirmə

Bir qaba 2 ədəd yumurta qırın və yaxşıca qarışdırın. Yumurtanı saça və saç dərisinə sürtün və yarım saat gözləyin. Ardından yumşaq bir şampunnan yaxalayın.

Sirkə ilə saç düzləşdirmə

Su dolu bir qabın içərisinə bir neçə damla sirkə əlavə edin. Saçlarınızı yaxaladıqdan sonra bu su ilə durulayın və sonda təmiz bir su ilə təkrar durulayın. Sirkə saçlarınıza parlaqlıq verəcək.

Загрузка...