Hacı Şahin aparıcılığa başlayır

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Mədəniyyət TV-də yayımlanan “Haqqın dərgahı” verilişinin aparıcısı vəzifəsindən gedib. 

Luxlife.az-a AZTV-nin Mətbuat xidmətinin rəisi Xatirə Qasım məlumatı təsdiqləyib. 

Onun sözlərinə görə, verilişi bundan sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli aparacaq. 

“Bu Vasim Məmmədəliyevin şəxsi qərarıdır. O, bu verilişin gənc tərəfindən aparılmasını istədi. Lakin Vasim müəllim tez-tez özü də bu verilişin qonağı olacaq”. 

Qeyd edək ki, “Haqqın dərgahı” verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol