Tufandağda qeyri-adi evlilik təklifi – VİDEO

“Moya planeta” telekanalının “Planeta na dvoix” verilişinin növbəti çəkilişi Azərbaycanda keçib.

Bu dəfə layihənin qəhrəmanları Sankt-Peterburq sakini Elksey Kulik və onun sevgilisi – bir tərəfi azərbaycanlı olan Elvira olub.

Proqramın çəkilişləri Bakı, Naftalan, Şəkidə keçib, Qəbələdə, Tufandağın zirvəsində başa çatıb.

Dağın zirvəsində Kulik sevgilisinə evlənmə təklifi edərək, ona narın içində üzük təqdim edib. Sonuncu izdivaca razılıq verib.

Qeyd edək ki, “Planeta na dvoix” verilişində layihənin kişi iştirakçıları sevgililərinin qəlbini fəth etmək üçün orijinal romantik macəralar fikirləşir. Verilişin qaydasına görə, planı sonadək sevgilisindən gizli saxlamalıdır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol