Azərbaycanın məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı – FOTO

Lerikdə yerləşən “Relax” istirahət mərkəzində istirahətə yollanan vətəndaşlar əsl şok yaşayıblar. Onlar qaldıqları otaqda ilanla rastlaşıblar.

Luxlife.az xəbər verir ki, otağında ilan görən vətəndaş Aytən Əliyeva bu barədə Facebook qruplarından birində məlumat paylaşıb. O, gördüyü ilanın şəklini də paylaşıb.

Aytən Əliyeva aşağıdakı məlumatı da qeyd edib:

“Məlumat və təhlükə xarakterli bu postu paylaşmağı özümə borc bilirəm. Şəkildə yapışqanlı kağıza yapışmış, bəlkə də bir həftəlik ölü siçan və canlı ilan əks olunub. İki gecəlik Lerikdə “Relax” istirahət mərkəzində qonaq olduq. VİP Duplex kotecdə. Gəldiyimiz gündən otaqda qoxu olduğunu hiss etdik. Ancaq əhəmiyyət vermədik. Düşündük ki, bəlkə nəsə tökülüb əşyaların üstünə. Dünən axşam otağa gəldikdə belə bir mənzərənin şahidi olduq. Kağız yapışqanlı olduğu üçün ilan hərəkət də bilməmişdi, nə yaxşı ki. Bu gün rəhbərliyə bildirdiyimiz etirazın qarşılığında da telefon zəngi ilə burada olmadığını qeyd etdi” – o qeyd edib.

“Relax” istirahət mərkəzində otaqda ilan
Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol