Bundan sonra piyadalara cəriməni onlar yazacaq – AÇIQLAMA

Bu gün Daxili işlər naziri, general-polkovnık Vilayət Eyvazovun əmriylə keçidlərdən düzgün istifadə etməyən piyadalara qarşı inzibati protokol tərtib edən post-patrul xidməti əməkdaşlarının fəaliyyətinə xitam verilib. Nazirin əmrinə əsasən həmin əməkdaşlar bundan sonra fəaliyyətlərini öz yerlərində davam etdirəcək. Yəni post-patrul xidmətinin əməkdaşı olaraq öz işlərini davam etdirəcəklər ve piyadalara qarşı hər hansı inzibati tənbeh tədbiri həyata keçirə bilməyəcəklər. Lakin bu proses bəziləri tərəfinfən yalnış olaraq sosial şəbəkələrdə və bəzi KİV-lərdə “piyadaların cəriməsi ləğv olundu”, “piyadalar bundan sonra cərimələnməyəcək” kimi qələmə verilib.

Avtosfer.az saytının baş direktoru Elməddin Muradlı bildiib ki, nazirin bu göstərişi sadəcə polisin həyata keçirdiyi bir funksiyanın digər xidmətə verilməsi ilə bağlıdır. Yəni bu o demək deyil ki, bundan sonra piyadalar cərimələnməyəcək. Nazirin əmrindən də göründüyü kimi, bu proses bundan sonra yol polisi əməkdaşları tərəfindən həyata keçiriləcək. Çünki yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol polisinin funksiyasıdır. Sadəcə olaraq ötən ilin mart ayından etibarən zərurət yarandığı üçün post-patrul xidmətinin əməkdaşları yol polisinə ezam olunmuşdur və onlar piyadalara qarşı tədbirlər həyata keçrirdi. Amma görünür həmin əməkdaşların fəaliyyəti ilə bağlı narazılıqlar , şikayətlər olduğuna görə onların öz xidmət yerinə qaytarılması barədə göstəriş verilib. Piyadalar arxayın olmasınlar ki, bundan sonra onlara heç kim cərimə yazmayaaq. Yəni konkret olaraq piyadalar bilməlidir ki yol hərəkət qaydalarını pozduqda, piyada keçidlərindən istifadə etmədikdə yol polisi əməkdaşları onları cərimə edə bilər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol