Angela Merkeldən müsəlmanlara böyük dəstək

Almaniyanın yeni Daxili İşlər Naziri Horst Zeehofer “İslam Almaniyaya aid deyil. Almaniya Xristian mədəniyyəti ilə yoğrulmuşdur ” deyib.

Onun sözlərinə baş nazir Merkel və siyasi partiyalardan sərt reaksiya gəlib.

Baş nazir Angela Merkel Xristian Sosial Birlik (CSU) çoxpartiyalı koalisiya ortağı Zeehoferin sözlərinə etiraz edib.

Merkel Almaniyanın mədəniyyətinin xristianlıq və yəhudilik ilə formalaşdığını, ancaq artıq Almaniyada dörd milyona yaxın müsəlmanın yaşadığını bildirib.

Xristian-Demokrat Birlik Partiyasının (CDU) lideri Merkel Berlində bir mətbuat konfransında verdiyi açıqlamada ” Müsəlmanlar və onlarla birlikdə dinləri İslam da Almaniyaya aiddir” deyib.

Merkelin yanaşı CDU-lu siyasətçilərdən də Zeehoferə reaksiya göstərən açıqlamalar gəlib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol