Bakıda metronu əvəz edəcək yeni nəqliyyat yaradılır

Bakı və Abşeron yarımadası ərazisində dəmir yolu nəqliyyatı inkişaf etdirilir. Gələcəkdə bu dəmir yolları yerüstü metro funksiyasını yerinə yetirəcək.

Luxlife.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Real TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq Bakıdan Sumqayıta bir istiqamətdə bir dəmir yolu fəaliyyət göstərir. Bu il isə həmin yolun davamı olaraq Saray, Novxanı, Fatmayi, Pirşağı, Kürdəxanı, Zabrat və Bakıxanov qəsəbələrini, o cümlədən Koroğlu və 28 May metrolarını birləşdirəcək yol istifadəyə veriləcək.

Bundan əlavə, Dübəndi və Vişnevka istiqamətində də sürətli elektrik qatarları yaxın 5 il ərzində istifadəyə veriləcək.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol