Çimərlik geyimində şəkil paylaşan teleaparıcı “namus və qeyrətdən” danışdı – FOTO

Çimərlik geyimində paylaşdığı video ilə gündəmə gələn teleaparıcı Humay Muxtarova barəsində danışanlara sərt sözlər deyib.

Minval.info xəbər verir ki, aparıcı şəxsi “instaqram” hesabından onun haqqında danışanlara cavab verib. Muxtarova yazıb ki, onun barədə haqqı qoyub nahaqqı danışanlar öz bəlalarını tapacaqlar:

“SUSUN qeyrətdən, namusdan danışıb, təhqir yazanlar. Gedin, nəslinizi, kökünüzü qabağınıza qoyub müzakirə edin. Boş boğazlar, bəsdirin məndən danışdınız. Mən boyda daş düşsün başınıza. Şükür bu günümə, savadım, övladım, ruzim! Siz nə etmisiniz bu həyatda? Tək başıma əziyyət çəkib balamı, ailəmi saxlayıram, heç kimin qabağında əyilməmişəm! Qəlbimi Allah bilir və qarşılığını da alıram. Siz danışın, söyn, təhqir edin, promlem yoxdur. Siz belə etikcə Humay daha da güclənir. Kim mənim haqqımı qoyub nahaqqımı danışırsa Allah min qat bəlasını versin!. Verəcək də. Həyat bumeranqdır, hər bir şey, böhtanın bu dünyada cavabı mütləq var”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol