Nazirlik erməni müğənninin Bakıya gəlişinə reaksiya verdi

Xəbər verdiyimiz kimi 26-29 iyul tarixlərində Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Sözügedən musiqi festivalında isə erməni əsilli müğənni Zara Mgoyanın iştirak etməsi heç də birmənalı qarşılanmayıb. Belə ki, Zara Mgoyanın şəxsi “İnstagram” hesabından qondarma erməni soyqırımı ilə bağlı etdiyi paylaşımı da izləyicilərdə qəzəb doğurub.

Bununla bağlı Bizimyol.info Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlamağa cəhd edib.

Mədəniyyət və Turizm Nazirliyinə məxsus 012 498-18-26 nömrəsindən zəngimizə cavab verən və özünü təqdim etməkdən imtina edən əməkdaş bildirdi ki, Mədəniyət və Turizm nazirliyi “Jara” musiqi festivalının keçirilməsinə cavabdeh deyil. Bu festivalla bağlı məsuliyyəti “Jara” musiqi festivalının təşkilatçıları daşıyır.

Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovla əlaqə yaratmaq üçün 012-498-2062 nömrəsinə zəng etdik, zəngimizə cavab verən və soyadını söyləmək istəməyən Məhəmməd adlı şəxs İntiqam Hümbətovun yerində olmadığını bildirdi.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol