Azərbaycanlı aparıcı üzərində “fuck” yazılmış köynəklə efirə çıxdı – FOTO

Sumqayıt ərazisindən peyk vasitəsilə bütün dünya yayımlanan “Dünya” TV-nin aparıcısı geyimi ilə tamaşaçıları təəccübləndirib.

Oxu.Az-ın məlumatına görə, buna səbəb “Tam səmimi” proqramının aparıcısı Samir Bayramlının saxta “Philipp Plein” markalı ti-şörtünün üstündə yazılan “fuck” sözü olub.

Aparıcının geyiminə qarşı olan diqqətsizliyi tamaşaçıların gözündən yayınmayıb.

Qeyd edək ki, ingilis sözü olan “fu*k” feil formasındadır və intim əlaqəyə girmək mənasını verir.

Bu sözdən, adətən, müxtəlif təhqiramiz birləşmələrin tərkibində istifadə olunur. “Fuck” sözü vulqar sayılır və rəsmi, siyasi və mədəni dairələrdə təhqir kimi qiymətləndirilir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol