“Azərsu”nun əməkdaşı keçmiş nazirdən rüşvət tələb etdi

“Azərsu” ASC-nin əməkdaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan rüşvət tələb edib.

Keçmiş nazirdən Mərdəkan qəsəbəsində yerləşən bağ evinə su xətti çəkdirmək üçün 1200 manat pul tələb olunub. Tofiq Zülfüqarov şəxsi “Facebook” səhifəsində qeyd edib ki, yaşadığı küçədə hər kəsin evi üçün bu əməliyyatı ediblər, kimindən 2000, kimindən də 350 manat alaraq su xətti çəkiblər.

“Hər kəsə görünüşünə görə qiymət verirlər, bilmirəm gülüm yoxsa…” deyə keçmiş nazir qeyd edib.

Xalq.az-ın əməkdaşı Xəzər rayon Sukanal idarəsi ilə əlaqə saxlayaraq məsəyə münasibət öyrənmək istəsə də, dispetçer İbrahim Həsənov bildirib ki, rəis Mübariz Nəsirov işdə olmadığına görə heç bir məlumat verə bilməz.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə telefon zənglərinə cavab verməyib. “Azərsu” ASC-nin 955 qaynar xətti davamlı məşgul olduğu üçün məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam izmalayıb və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon manat ayırıb. Lakin bu günə qədər Xəzər rayon sakinləri su problemindən əziyyət çəkir və mənşəyi məlum olmayan su maşınlarından istifadə üçün su alırlar.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol