Seks cihad: müsəlman qızlar niyə İŞİD üzvlərinə intim xidmətlər göstərirdilər?

Mücahidlərə könüllü intim xidmətlər göstərən qızlar hansı prinsipləri əsas götürürlər? Öz daxili qaydalarını pozmaqla onlar tək müasir dövrün mənəvi sütunlarını sarsıtmırlar, həm də bütün islam dünyasının əsas probleminə toxunurlar. Qadın həzz alətidir, yoxsa İslam cəmiyyətinin tam hüquqlu üzvüdür?

Bir neçə il öncə yaranan sosial fenomen öz miqyaslarına görə insanı dəhşətə gətirir. Bu qaydaları hərbi sevgi hekayələri də adlandırmaq olmaz. Seks cihad özünü mücahid adlandıran və guya İslam uğrunda cihad edən insanlara, elə həmin müsəlman qadınların göstərdikləri intim xidmətlərdir.

Seks cihadın xüsusiyyətləri

İraq və Suriyadan olan minlərlə qadın İslam Dövləti mücahidlərinə intim xidmətlər göstərmək üçün döyüş bölgələrinə yola düşməyə hazırdırlar. Seks cihadın əsas mahiyyəti döyüşçülərə xeyriyyə yardımı göstərmək kimi qəbul olunur onlar arasında. Bir növ onların kafirlərə qarşı mücadilələrinə dəstək kimi simvolizə olunur.

Mücahidlərə könüllü intim xidmətlər göstərən qızlar hansı prinsipləri əsas götürürlər? Bəziləri məşhurlaşmaq istəyirlər, bəziləri sərgüzəşt və əyləncə axtarışındadırlar. Onlar üçün heç bir sərhəd yoxdur. Onlar bu işlərini tamamilə könüllü və heç bir məqsəd güdmədən edirlər. Aztəminatlı ailələrdən olan digər qızlar isə belə davranışları ilə gələcəkdə özlərinə mücahidlər arasında layiqli ər tapmağı arzu edirlər. Zərif cinsin elə nümayəndələri də var ki, bu cür davranışları ilə sadəcə özlərinin intim tələbatlarını ödəyirlər.

Qızlar seks cihada könüllü olaraq yola düşürlərmi?

Əksərən bu belə deyil. Çünki tarix qadınların zorla döyüş bölgələrinə göndərilməsinə də az şahidlik etməyib. İslam dövləti də qadınları əmin edirdi ki, belə xeyriyyə əməlləri görən qadınlar layiqli müsəlman olaraq cənnətdə yerlərini təmin edəcəklər.

Zor gücünə seks

Zor gücünə seks cihaddan danışarkən bir neçə il əvvəl bütün dünyaya məşhurlaşan 16 yaşlı qızdan da bəhs etmək gərəkdir. Onun arası İslam Dövlətinin tərəfdarı idi. O düşünürdü ki, öz qızını mücahidlərə təqdim etməklə, onlara minnətdarlıq etmiş olar. Beləliklə həmin qız seks köləsinə çevrilmişdi. O zor gücünə bir neçə kişiyə intim xidmətlər göstərməyə məcbur olmuşdu. Və öz doğma atası qızı buna məcbur eləmişdi.

Çox halllarda 16 yaşlı Rəvan Qədər bir neçə mücahid tərəfindən zorlanarkən, öz doğma atası da qonşu otaqda oturmuş olurdu. Gənc qız bu köləlikdən bir neçə aydan sonra qurtula bilmişdi. Yaxınlıqdakı nəzarət buraxılış məntəqəsinə qaçaraq yaşadıqlarını Suriya əsgərlərinə danışmışdı və hökumət əsgərləri ona yardım göstərmişdilər.

Xeyriyyəçiliyə açıq çağırışlar

Bəzi islam ölkələrində belə xidmətləri cihad əl-nikah adlandırırlar. 2012-cü ildə Səudiyyə Ərəbistanında rəsmi bir şəxs fenomenal açıqlama vermişdi: o sünni qızları Suriyada döyüşən mücahidlərə yardım etməyə çağırmışdı. Bu addımları göstərər ki, onlar doğrudan da Bəşər Əsədə qarşıdırlar və hər üsulla döyüşçülərə yardım etməyə hazırdırlar. Həmin şeyx bu fikrini Twitter üzərindən paylaşmışdı və dünyanın müxtəlif ölkələrindən yüzlərlə qadın o fikirləri qəbul eləmişdilər.

Seks cihad bəzi İslam ölkələrində yayılıb. Qadın jurnalları dəb və bədənə qulluq ilə bağlı məsləhətlərindən əlavə mücahidlərə intim xidmətlər göstərən bir xanımların müsahibələrini də dərc edirdilər. Belə məqalələr nəinki qadağan olunmurdu, hətta daha da yayılırdı. Zamanla bu ölkələrdə mücahidlərə necə ərə getmək olar kimi təcrübələr də bölüşdürülürdü.

İslam qaydaları

Hər kəs bilir ki, nikaha girmədən heç bir müsəlman qadınınına intim münasibətdə olmağa icazə verilmir. Bu səbəbdən də həmin könüllü xanımlar bir günün içində bir neçə mücahidin arvadı olur və onlara ntim xidmətlər göstərirdilər. Bu nikahları kimin bağladığı və nə cür qüvvədə olduğu bilinmir. Bu nikahlar seks aktından dərhal sonra pozulurdu.

Uzun müddət seks cihadlar mif hesab olunurdu. Bununla belə müsəlman qızların tez-tez itkin düşməsi ilə bağlı xəbərlər yayılırdı. Mücahidlərə intim xidməti göstərmiş qadınlar arasında hamiləlik də sürətlə çoxalırdı.

Maraqlıdır ki, İsmal ölkələrinin qanunlarına baxmayaraq, seks cihadda bəzi qərb ölkələrinin də qadınları iştirak edirdilər. Bəs onlar hansı prinsipləri rəhbət tuturdular? Bu da indiyə qədər məlum deyil. Avstriya və bu kimi başqa ölkələr sərt qanunlar tətbiq edərək öz vətəndaşlarının seks cihadına qoşulmasının qarşısını ala bildilər.

Bir sıra siyasətçilər hesab edirlər ki, seks cihad əslində müsəlman ölkələrindəki problemlər və özbaşınalıqlardan fikirləri yayındırmaq üçün ortaya atılan bir şeydir. Bu ölkələrdəki korrupsiya, insan haqlarının pozulması, zorakılıqlar və s. kimi problemlərin üzərinə kölgə salır. Yəni daha böyük problemin fonunda o problemlər kiçik kimi görünür. Halbuki böyük problem elə həmin kiçik problemlərdən yaranır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol