İslamda müharibə etməyin 10 qaydası

Son illər qərb dünyasında İslamofobiya yayılmaqdadır. İslamın terrorizmə bərabər olduğunu müxtəlif dairələr dayanmadan qərb insanının beyninə yeritməyə çalışırlar. Buna müəyyən mənada nail də ola bilirlər. Qərb ölkələrində İslam düşmənçiliyi hətta ölkəmizdə də bəzi “qərbsevərlərin” beynində özünə yer eləyib.

İslamı bilməyən, dinizimi yalnız cahil insanların rituallar zamanı etdikləri lazımsız hərəkətlər ilə qiymətləndirənlərə İslamın terror dini olmadığını bildirmək üçün bu məqaləni yazdıq.

İslamda müharibə etməyin qaydalarına nəzər salsanız, görərsiniz ki, qərb dünyasında 19-20-ci əsrlərdə güclənən humanizm cərəyanı, İslamda uzun əsrlərdir ki, var. Bu qaydaların hamısı Quran və hədislərə əsasən yazılıb.

Beləliklə İslamda müharibə qaydalarını diqqətinizə çatdırırıq:

1. Sizə müharibə elan edənlərlə Allah yolunda mübarizə aparın, lakin haqsız yerə heç vaxt hücum etməyin. Çünki Allah haqsız yerə hücum edənləri sevməz.

2. Müharibə zamanı qadınların, uşaqların və yaşlıların öldürülməsi qadağandır,

3. İnancından asılı olmayaraq, ibadət əhli olan insanların öldürülməsi qadağandır,

4. İşçilərin, xidmətçilərin, elçilərin və əsirlərin öldürülməsi qadağandır,

5. Əldə edilmiş razılığı pozmaq qadağandır,

6. İşgəncə vermək qadağandır,

7. İnsanı yandıraraq öldürmək qadağandır,

8. Bar verən ağaclara və əkin sahələrinə zərər vurmaq qadağandır,

9. Heyvanları öldürmək qadağandır,

10. Evləri və meyvə bağlarını yağmalamaq (talamaq) qadağandır,

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol