Çətin xarakterli insanlarla yola getməyin yolları


1. Mübarizə aparmadan çətin insanları idarə etməyi öyrənin 

Tao fəlsəfəsinə görə, sakitliyi mübarizə başlamadan əvvəl təmin etməliyik. Daima çətin insanlarla münaqişəyə girmək səhv addımdır. “Mübarizə” aparmamaq boyun əymək mənasına gəlmir. Şiddət yerinə sakit qalmaq və bu enerjini yaymaq lazımdır.

2. Mənfi duyğuları boşaldın

Çətin xarakterli insanlar bütün günümüzü məhv edər. Dedikləri nə qədər qəbul edilməz olsa da, bizə həmişə təir edər. Tao fəlsəfəsinə görə, az reaksiya verərək enerjimizi özümüzə saxlamışıq olarıq. Buna görə də, mənfi duyğularınızı idarə edin. Dərindən nəfəs alın. Heç kimin gününüzü məhv etməsinə icazə verməyin.

3. Reaksiya verməyin, hərəkətə keçin

Bəzən enerjimizi azaldan insanların qurbanı oluruq. Nifrət, narahatlıq kimi mənfi hisləri yığıb mənfi reaksiya verməyə başlayırıq. Sonra hərəkətimizdən peşman oluruq. Gedişatı dəyişən addımlar atmalıyıq. Reaksiya verməkdən çox nəyisə dəyişməyə ehtiyacımız var. Qarşı  tərəflə empatiya qurub onu başa düşməyə çalışmalıyıq. Başqalarının baxış bucağını başa düşdükdə iş qismən asanlaşır. 

4. Bambuk kim olmaq

Bəzən çətin insanlara görə özünüzü alçalmış hiss edə bilərsiniz. Bu zamanlarda Tao bambuya baxmağımızı məsləhət görür. Bambuk əyilir, bəzən küləyə tabe olara əyilər amma heç vaxt qırılmaz. Bambu gücünü elastikliyindən alır. Biz bambuk kimi olmalıyıq. Öz gücümüzə inanmalıyıq. Başqalarının bizi zəif insana çevirməsinə icazə verməməliyik. 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol