Cadu əleyhinə aparat və daha nələr… Bakıda Hindistan günləri keçirilir

Bakıda Hindistan günləri artıq xoş bir ənənəyə çevrilib. Bu dəfə “Hindistanın ən yaxşıları” devizi altında baş verən sərgi Bakı İdman Sarayında keçirilir.

Hind musiqisi və rəqsləri, dadlı halva, əlvan qumaşlar, Kəşmir yunundan şallar, müxtəlif qoxulu şamlar, hər zövqə uyğun aksessuarlar… Bu ilki Hindistan sərgisi ilk dəqiqələrdən tamaşaçıları özünə aşiq edə bildi.

Sərgidə 75 Hindistan şirkəti iştirak edir. Onlardan hər biri sərgiyə ən keyfiyyətli məhsullarını gətirməyə çalışıblar. Maraqlısı odur ki, məhsulların çoxu əl işidir. Şirkətlərin təmsilçiləri məhsullarına maşınların toxunmadığını qürurla qeyd ediblər.

Daha bir təmsilçi isə sərgiyə çox maraqlı alətlə gəlib. Onun sözlərinə görə bu alət insan üzərində mənfi enerji, göz və cadunun olub-olmadığını təyin edə bilir. Təbii ki, çəkiliş qrupumuz həmin qurğunun yanından laqeyid ötə bilmədi. Balaca bir testdən sonra məlum oldu ki, müxbirimiz heç bir mənfi enerji və cadudan əziyyət çəkmirmiş.

Qeyd edək ki, sərgi martin 17-sinə qədər davam edəcək. Giriş sərbəstdir. Sərgi hər gün qonaqları səhər saat 11-dən axşam 19:00-a qədər Bakı İdman Sarayında gözləyir. Sərgi Hindistanın PHD Ticarət və Sənaye Palatası tərəfindən Hindistan səfirliyinin dəstəyi ilə təşkil olunur.

Загрузка...