Çeynənmiş saqqız hərracda 517 min dollara satıldı — FOTO

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqüssonun saqqızı hərracda satılıb.

Onun son matçda çeynədiyi saqqız “eBay” internet-hərracında təqribən 517 min dollara satılıb.

Luxlife.az xəbər verir ki, ser Aleks həmin saqqızı 19 may 2013-cü il tarixində “Vest Bromviç”ə qarşı keçirilən (5:5) “MY”nın sükanı arxasındakı son oyunu zamanı çeynəyib.

Məlumata görə, əldə olunan vəsait “MY”nın xeyriyyə fonduna köçürüləcək.

Загрузка...