“Dəb mənəm” niyə yayımdan qaldırıldı? – Vüsalə açıqladı

Aparıcı Vüsalə Əlizadənin ATV-də yayımlanan “Dəb mənəm” proqramının yayımı dayandırılıb. 

Luxlife.az-ın məlumatına görə, artıq bir neçə müddətdir ki, veriliş efirə getmir. 

Vüsalə əməkdaşımızla söhbətində bildirib ki, sponsorla problem olub:

“Reytinq yüksək idi, veriliş yaxşı da baxılırdı. Layihə rəhbərinin sponsorla problemi oldu deyə, dayandırdılar. İndi bilinmir yenidən yayıma başlanılacaq, ya yox”.

Qeyd edək ki, “Dəb mənəm”in münsif kürsüsündə stilist Elnur Həsənov, modelyer Gülnarə Xəlilova otururdu. Proqramda yer alan qızlar qalmaqallı geyimləri ilə bir neçə dəfə gündəmə gəliblər. 

Загрузка...