Dəri üçün duz maskaları – Parlaq və təravətli dəri

Çox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır.

Amma duzdan dərinin təmizlənməsi üçün gözəllik vasitəsi kimni istifadə etmək olduqca faydalıdır.

Təmizləyici və hamarladıcı maska

Duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Milli.az xəbər verir ki, bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmin edir.

Hazırlanması:

1 çay qaşığı adi narın duzunu 1 ç.q. qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun və nəmləndirici krem çəkin.

Yumşaldıcı pilinq

Duz ölü dərinin təbii yollarla soyulmasına kömək edir. Həmçinin dərini yumşaldan və nəm tarazlığını təmin edən minerallar baxımından da olduqca zəngindir.

Hazırlanması:

Yarım stəkan duz və yarım stəkan zeytun yağını qarışdırın. İstərsəniz sevdiyiniz efir yağlarından da 10 damcı qata bilərsiniz. Hazırladığınız pilinqi hamam lifi ilə, ya da ovcunuzla bədəninizə yavaş hərəkətlərlə vurun.

Rahatladıcı duz vannası:

Duz dərinizdəki məsamələrə girən çirki və toksinləri təmizləyir. Duzun tərkibindəki minerallar dəridə qoruyucu baryer yaratmağı təmin edir və dərinin nəmini qoruyur. Dəniz duzundakı maqnezium bədənin su tutmasını ve şiş yaranmasını azaldır.

Hazırlanması:

İsti su ilə doldurduğunuz hamam vannasına yarım stəkan dəniz duzu əlavə edin və 15, ya da 30 dəqiqə bu duzlu suda dərinizi dincəldin.

Kəpəyin qarşısını alır

Duz saçda kəpəyin yaranmasını azaldır. Eyni zamanda, yağı əmər, saç dərisini nəmləndirərək göbələk və kəpək yaranmasının qarşısını alar.

Hazırlanması:

1-2 çay qaşığı duzu saç dərinizə səpin. Barmaqlarınızı isladıb saçınızı 10-15 dəqiqə yavaşca masaj edin. Sonra hər zamanki kimi yuyun və kremləyin.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol