Daha bir nazir oğlunun Londonda malikanəsi ortaya çıxdı – FOTO FAKT

Daha bir araşdırma və Azərbaycanın talanan sərvətlərinin izi ilə Londonda daha bir ünvan: Birləşmiş Krallıq, London, City Road 160, Kemp House.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində yazıb.

Araşdırmalara görə, bu ünvan keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova aiddir. Keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkət də bu ünvanda yerləşir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol