Damlanın klipinə görə ev yandı – Video

Загрузка...

Müğənni Damla yeni klipi “Çamadan”ı təqdim etmək üçün media nümayəndələrini başına toplayıb.

Luxlife.az xəbər verir ki, ifaçı klipinin Türkiyədə çəkildiyini bildirib.

Ekran işini türkiyəli rejissor İrem Haykır lentə alıb. Klipdəki yanğın və yağış səhnələri xüsusilə diqqət çəkib.

Damla səhnələrin qrafika olmadığını, hətta buna görə yanğın baş verdiyini deyib.

“Yağış effektini yaratmaq üçün saatlarla suyun altında qalmışam. Evi isə yandı, bütün əşyalar kül oldu” deyə, ifaçı söyləyib.

Qeyd edək ki, mahnının Elçin Məhərrəmova, musiqisi isə özbək bəstəkarı Cəsur Abdurrahməna aiddir.