“Dedi ki, biraz ağrıdacaq” – bakirəliyi pozulan aparıcı

ABŞ-lı televiziya aparıcısı və aktrisa Padma Lakshmi bir yeni il gecəsi sevgilisinin onu zorladığını etiraf edib.

Milli.Az “New York Times”a istinadən xəbər verir ki, xanım aparıcı 16 yaşında təcavüzə məruz qaldığını açıqlayıb.

“Top Chef” proqramının hind əsilli məşhur aparıcısı yaşananları olduğu kimi danışıb:

“Los Ancelesdə bir yeni il axşamı sevgilimlə görüşdüm. Yeni il partisindən sonra evə qayıtdım, yatdım. Oyandığımda sevgilim üzərimdə idi. “Nə edirsən?” souşrdum. Mənə “Bir az ağrıdacaq” cavabını verdi. “Xahiş edirəm, bunu etmə” deyib, qışqırdım. Bunu nə anama, nə rəfiqələrimə, nə də polisə deyə bildim. Şok içində idim.

Özümü günahkar hiss edirəm. 1980-ci illərdə sevgilinin təcavüzündən söz belə gedə bilməzdi”.

Aparıcı Lakshmi 33 il sonra hislərini “Bu məsələni açıb danışmayaraq heç bir şey əldə etmədim” sözləri ilə ifadə edib.

1 sentyabr, 1970 tarixində Hindistanda dünyaya gələn aparıcının tam adı, Padma Parvati Lakshmi Vaidynathandır.

Загрузка...