Dırnaq boyasını bu üsulla təmizləyin – Asetona ehtiyac qalmayacaq

Evdə aseton yoxdursa və dırnaq boyanızı çıxartmalısınızsa, təşvişə düşməyin.

Luxlife.az xəbər verir ki, aseton bitibsə və ya asetonun qoxusu sizi və ətrafınızdakıları narahat edirsə, diş məcunundan istifadə edə bilərsiniz. Dırnaq boyanızı bir miqdar su və diş məcunu ilə rahatlıqla təmizləyə biləcəksiniz. Qarışığı hazırlamaq üçün aşağıdakılara ehtiyacınız var:

Vazelin

Diş məcunu

Diş fırçası ya da dırnaq fırçası

Limon

Biraz su

Tətbiqi:

İlk olaraq, dırnaqlarınızı nəm salfetlə silin. Daha sonra dırnaqlarınızın üstünə və ətrafına vazelin sürtün. Bir ədəd limonun suyunu bir qəhvə fıncanının içərisinə tökün. İçərisinə diş məcunu əlavə edin. Qarışığı yaxşıca qarışdırdıqdan sonra diş fırçası ilə dırnaqlarınızı fırçalayın. Dırnaq boyasının tamamilə getdiyini görəcəksiniz.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol