Doğru bildiyiniz 7 böyük yalnış – FOTO

Heç olubmu ki, hansısa dostunuzun sosial şəbəkədə qaçarkən fotosunu paylaşdığını görmüsünüz?

Belə anlarda “mən də bacararam” deyib cəhd etmisiniz, ancaq sonra “qaçış mənlik deyil” deyib geri çəkilmisiniz. 

Sizi çəkindirən 7 böyük yalnış var. “LuxLife” həmin yalnışları təqdim edir: 

Musiqisiz qaçmaq mümkün deyil…

İlk yalnış elə bununla bağlıdır. Musiqisiz qaçmaq daha da rahat və effektivdir. Musiqi isə qaçış üçün ən böyük əngəllərdən biridir. Xüsusilə də qaçışın sonuna yaxın psixoloji çətinliklər yaradır. 

Qarın əzələləri çıxacaq

Bir-iki qaçışdan sonra qarın əzələləri gözəlləşməz. Bunun üçün ilk növbədə bütün artıq çəkilərdən xilas olmaq lazımdır. Düzgün qidalanmaq və mütəmadi məşqlərlə istədiyiniz nəticəyə nail ola bilərsiniz. 

Həyatımda heç bir dəyişiklik olmaz

Bu da əsas yalnışlardan biridir. Çünki idmana marağı yaranan hər kəs həyatına qaldığı yerdən davam edə bilmir. Bəzən dostların kinoya getmək təklifinə yox demək məcburiyyətində qalacaqsınız. 

Qaçış zamanı çəki azalır 

Qaçış zamanı sadəcə bədəndəki su ehtiyatı azalır. Bir qaçışdan sonra 63 kiloqram olan bədənin çəkisi maye itkisi ucbatından 62 kiloqrama qədər düşə bilər. Ancaq bu müvəqqətidir. Əsl çəki azalmasını bir müddətdən sonra görəcəksiniz. 

Bu professionalların işidir. 

Əlbəttə ki, üç gün qaçmaqla İron Man olmazsınız. Ancaq bir müddət sonra peşəkar idmançıların yarısı qədər ola bilərsiniz. Bu tək professional işi deyil. Siz də bacararsınız

Bakıda qaçmaq üçün yer yoxdur

Bu da əsas yalnışlardan biridir. Tənbəllərin düşünüb tapdıqları bəhanədir. Qaçmaq üçün xüsusi şəraitə gərək yoxdur. Yerin cazibə qüvvəsi və bir cüt idman ayaqqabısı yetər. 

Çox qaçsanız zədə alarsız

Bu fikir də tamamilə yalnışdır. Sözsüz ki, illərlə qaçmayıb birdən-birə qaçmaq müəyyən çətinliklər yarada bilər. Ancaq heç kim sizi məcbur etmir ki, illərlə görmədiyiniz işi birdən-birə görəsiniz. 

LuxLife.Az

Загрузка...