Ebru Gündeş Bakıda konsert verdi – FOTOLAR

Загрузка...

Bu gün Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Bakıda konsert proqramı ilə çıxış edib.

Musiqili gecə Heydər Əliyev Sarayında baş tutub. Sənətçi uzun illər sonra Azərbaycana gələrək pərəstişkarları ilə görüşüb. Ebru səhnəyə “Gönlümün efendisi” mahnısını ifa edərək çıxıb. Bir neçə məşhur mahnısını ifa edən sənətkar daha sonra hər kəsi salamlayıb və Bakı üçün çox darıxdığını bildirib:

“Mən çox darıxmışam, bəs siz? Hər kəsə təşəkkür edirəm, xoş gəlmisiz. Hamınızı salamlayıram. Çox xoşbəxtəm, bura ikinci vətənimizdir. Həmişə belə görmüşük”. O, gecədə özünün və həmkarlarının repertuarına müraciət edərək məşhur mahnıları səsləndirib. Gündeş konsertdə beş Azərbaycan mahnısını da ifa edib. Onun bu addımı alqışla qarşılanıb.








Загрузка...
  Abunə ol  
Xəbərdar ol