Eldar Mahmudovun bacanağı AzTV-dən çıxarıldı – Yerinə Emil gəldi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir ciddi kadr islahatı baş verib.

Luxlife.az- ın xəbərinə görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edib.

AzTV-nin yeni sədr əvəzi Nadir Axundovun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib.

Xatırladaq ki, Nadir Axundov Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanaqdır.

Məlumat üçün bildirək ki, N.Axundov AzTV-də əsas söz sahiblərindən və toxunulmaz şəxslərdən biri olub. 

Demokrat.Az-ın məlumatına görə, AzTV-nin Baş mühəndisi, “Əməkdar mühəndis” Knyaz Mehdiyev də kanaldan kənarlaşdırılıb.

Bundan başqa, AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov, Sədrin texniki məsələlər üzrə müavinləri – Nazim Mürsəlov və Zaur Hüseynzadə də AzTV-dəki işini itirib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol