Elton itə görə polisi vurdu – FOTO

Müğənni Elton Hüseynəliyev Bibiheybət yolunda avtomobil qəzası keçirib.

Hadisə baş verən zaman avtomobildə müğənninin həyat yoldaşı Tamilla Hüseynəliyeva və köməkçisi olub. Tamilla Hüseynəliyevanın sözlərinə görə, avtomobillərə ciddi ziyan dəyib:

“Şükürlər olsun, qəza bəlasız keçdi. Sadəcə Elton yüngül xəsarət alıb, hazırda vəziyyəti yaxşıdır. Allah qoruyub saxladı. Hamımız həyəcan keçirdik. Lakin hadisə baş verən kimi zənglər gəlməyə başladı. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm ki, qorxmağa imkan tapmadıq”.

İfaçının xanımı bildirib ki, hadisə baş verən an o da, avtomobildə olub:

“Qabağımıza qəfil it çıxdı. İti vurmamaq üçün Elton maşını döndərdi, amma dönəndə gördük ki, yan tərəfdə bardür var. Ona dəyməmək üçün məcbur olub fırlanmalı oldu. Fırlanıb geri qayıdanda isə üzbəüz polis maşını dayandığına görə məcburən maşını bir daha fırlatdı ki, o biri avtomobilə dəyməsin. İkinci dəfə polis maşını ilə toqquşub dayandı. Maşınlara ciddi ziyan dəydi, amma nəticədə iti vurmadıq”.

Qeyd edək ki, səhər saatlarında müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol