Erməni qızın bu hərəkəti Nadiri özündən çıxardı – VİDEO

Загрузка...

Erməni vizajistin Nadir Qafarzadənin mahnısını ifa etməsi sənətçini özündən çıxardıb.

Publika.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkədə məlumat verib.

O bildirib ki, Anjelika Abramyan adlı erməni vizajist “Maral” mahnısının erməni dilində oxuyub və onu instaqramda paylaşıb. Erməni qız Azər Bülbülün müəllifi olduğu “Maral”ı erməni xalq mahnısı adlandırıb.

Qızın videosunu səhifəsində yerləşdirən Nadir qəzəbini gizlətməyib: “Utanmaz-utanmaz yazıb ki, erməni xalq mahnısı. Oğurluq bunların alnına və taleyinə yazılıb. Bu, sizin mahnınız deyil, türk xalq mahnısıdır”.

Azərbaycanlı istifadəçilər Abramyanın paylaşımına şərh yazaraq, onu oğurluqda ittiham ediblər.

Qeyd edək ki, 2016-cı ildə erməni müğənnilər Tiqran Asatryan və Andy “Maral” mahnısını erməni dilində oxuyaraq, klip çəkdirmişdilər. “Tanem-tanem” adlanan bəstə artıq “Youtube” şəbəkəsində xeyli baxış sayı yığıb.

Məlumat üçün bildirək ki, “Maral” mahnısının müəllifi Azər Bülbül onu illər öncə ifa edib. Onun ifasında səslənən “Maral” mahnısı 2011-ci ildən “Youtube”a yerləşdirilib. N.Qafarzadə isə “Maral” mahnısını 2013-ci ildə ifa edib.

 

 

 

Загрузка...
  Abunə ol  
Xəbərdar ol