“Eurovision 2018”-in açılışını Aysel Məmmədova edəcək – VİDEO

Загрузка...

“Eurovision 2018”-in açılışını Aysel Məmmədova edəcək.

Luxlife.az-ın Eurovision.Tvyə istinadən məlumatına görə, mahnı müsabiqəsində iştirakçıların sıra nömrəsi müəyyənləşib. Azərbaycan təmsilçisi Aysel “X my heart” mahnısı ilə birinci yarımfinalda birinci nömrə altında çıxış edəcək.

İlk dəfədir ki, Azərbaycan beynəlxalq dərəcəli müsabiqənin tarixində ilk dəfədir ki, proqramın açılışını edəcək.

Məlumat üçün bildirək ki, “X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

2011-ci ildə Elad Qasımov və Nigar Camalın “Eurovision” müsabiqəsində ifa etdiyi və Azərbaycana qalibiyyət gətirən “Running scared” mahnı da S.Byurmana aiddir.

yeni versiyasını Dido, The Corrs, Ellie Goulding, One Direction kimi beynəlxalq nüfuz qazanmış məşhurlarla işləyən Eş Hyus həyata keçirib.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.

Təmsilçimizi Lissabon səhnəsində ev sahibi ölkəyə təşəkkür məqsədi ilə 4 portuqaliyalı peşəkar ifaçılar Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edəcək.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol