“Eurovision” təmsilçimiz hərəkəti ilə diqqət çəkdi – Foto

Xəbər verdiyimiz kimi, Tel-Əvivdə keçirilməsi planlaşdırılan “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı müğənni Çingiz Mustafayev təmsil edəcək.

Axşam.az xəbər verir ki, “Truth” mahnısı ilə yarışmaya qatılan ifaçı açıqlama yayılandan sonra etdiyi hərəkətlə diqqət çəkib.

Belə ki, sənətçi 111 min izləyicisi olan hesabından indiyədək paylaşdığı bütün videoları və fotoları silib.

O, profilində sadəcə yarışma ilə bağlı olan iki postu saxlayıb, lakin hesabın informasiya bölməsində nədənsə, bu paylaşımların sayı dörd rəqəmini göstərib.

Qeyd edək ki, Çingizin yarışmada təmsilçi olması ilə bağlı rəsmi məlumat ötən gün yayılıb. Müğənninin dünən yayımlanan klipi bir gün ərzində 215 min dəfə izlənilib və avropalı izləyicilər tərəfindən bəyənilib.

Загрузка...