Həmin ad martın 8-də açıqlanacaq


“Eurovision 2019” müsabiqəsinə göndəriləcək mahnının ilk tanıtım çarxı yayımlanıb. 

Luxlife.az-ın məlumatına görə, çarxda mahnının adı və təmsilçinin kimliyi gizli saxlanılıb. Tək açıqlanan məqam isə təmsilçimizin adının martın 8-də elan ediləcəyi olub. 

Eyni zamanda mahnıda “She is killer” (“O, qatildir”) ifadəsinin işlədildiyi vurğulanıb. Bir çoxları bunun mahnımızın adı olduğunu düşünsə də, belə olmadığı açıqlanıb.

Qeyd edək ki, İsrailin Tel-Əviv şəhərində keçiriləcək müsabiqədə ölkəmizi təmsil edəcək namizədlər sırasında Çingiz Mustafayev, Samirə Əfəndi, Ləman Dadaşova, Tofiq Hacıyevin adı yer alıb. Bir müddət əvvəl isə Çingizin gedəcəyi haqda xəbər yayılmışdı. Daha sonra isə xəbər təkzib edilib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol