Ev heyvanı saxlamaq üçün 9 SƏBƏB

Biz ev heyvanlarımızın qayğısına qalırıq. Bu qarşılıqsız deyil. Onlar da bizim qayğımıza qalırlar. Misal üçün itlər və pişiklər bizim immunitetimizi qaldırır, qan təzyiqimizi normala salır, dəhşətli xəstəliklərdən bizi xilas edir. Bu səbəbdən də evheyvanı bizi tək xoşbəxt deyil, eyni zamanda sağlam edir.

Əgər siz ev heyvanı saxlamaq üçün səbəb axtarırsınızsa, Luxlife.az 9 səbəb seçib:

Ev heyvanları stress və narahatlıq hissini azaldır.

Bir çox reabilitasiya mərkəzlərində itlər və pişiklər yaşayır. Bu heyvanlarla ünsiyyətdə olan insanların oksitosin hormonları artır. Stressə səbəb olan kortizol hormonu isə azalır.

Bundan başqa, ev heyvanı uşağın da inkişafına təsir göstərir. İt və ya pişik olan evdə böyüyən uşaqların stresi az olur. Bu cür uşaqlar istənilən mühitə tez adaptasiya olurlar. Onların psixoloji pozuntuları da az olur.

Ağır xəstəliklər zamanı ev heyvanları ən yaxşı yardımçıdır

Çətin sağalan xəstəliklər zamanı həkimlər insanlara ev heyvanı saxlamağı tövsiyə edirlər. Elmi araşdırmalar nəticəsində məlum olub ki, ev heyvanları psixi pozuntuları və onkoloji xəstəliyi olan insanlarda həyat eşqini yüksəldir.

Ev heyvanı olan insanın qan təzyiqi və ürəyi qaydasında olur

Kardioloqlar deyirlər ki, itlər və pişiklər qan təzyiqinin, eyni zamanda ürək xəstəliklərinin ən yaxşı həkimləridir. Araşdırmalar göstərir ki, qan təzyiqindən əziyyət çəkən insanlar evlərinə balaca qonaq gətirdikdən sonra, xəstəlikləri 40% azalıb.

Ev heyvanları xəstəlikləri hiss edirlər

Ev heyvanları insan bədənindəki hətta ən cüzi dəyişiklikləri belə hiss edir. Heyvanlar təhlükəni hiss edərək sahibini xəbərdar etməyə çalışırlar.

Ev heyvanları astma və allergiya riskini azaldırlar

Bu məntiqsiz görünə bilər. Axı heyvan tükü allergiyaya səbəb olur. Amma araşdırmalar göstərir ki, ev heyvanı olan evdə böyüyən uşaqların allergiya və astma riski olmur. Bu onunla əlaqədardır ki, heyvan olan evdə uşaqların immun sistemi təbii şəkildə inkişaf edir

Ev heyvanları həyatı maraqlı edir

Mütəxəssislər deyirlər ki, ev heyvanları tənhalıq və koqnitiv çöküşün qarşısını alır. Həyat yeknəsəq olduğu zaman insanın buna daha çox ehtiyacı olur.

Ev heyvanları sizi formada saxlayır

İt sahibi olanlar axşamlar və səhərlər daha çox gəzməyə çıxırlar. İtlərlə oynamaq özü də insanı formada saxlayır.

İnsanlarla tanış olmağa yardımçı olur

Mütəxəssislər hesab edirlər ki, ev heyvanları asosial insanlar üçün daha da faydalıdır. Bu cür insanlar heyvanlar sayəsində gəzməyə çıxır, yeni insanlarla tanış olurlar.

Ev heyvanı sizi səbəbsiz sevəcək

Sizin pulunuz az olsa, kefiniz olmasa, itiniz sizi az sevə bilərmi? Xeyr. O həmişə sizi sevəcək.

Загрузка...