Evinizdə smart televizor varmı? O zaman sizi izləyirlər – İstehsalçı şirkət etiraf etdi

Bu yaxınlarda “Vizio” şirkəti ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən cərimələnib. Cərimə barədə qərar üçün səbəb həmin şirkətin istehsal etdiyi smart televizorların istehlakçıların davranışını izləməsi olub.

Загрузка...

Luxlife.az xəbər verir ki, “Vizio” şirkəti isə istehlakçıları izlədiyini təkzib etməsə də, bunun onların xeyri üçün etdiyini iddia edib. Şirkətin sözçüsü Bill Baksterin “The Verge“-ə bildirdiyinə görə, istehlakçıların “tamaşaçı davranışını” izləməklə şirkət növbəti planlarını qurur və rəqabətə davamlı olmaq üçün qiymətləri endirməyə nail olur. Əgər istehsalçılar öz istehlakçılarının məlumatlarını toplayıb kommersiya məqsədilə istifadə etməsəydilər, belə televizorlar bazara daha yüksək qiymətlərlə çıxardı.

Vizio Smart TV

Bill Bakster açıqlamasında bildirib ki, bütün smart televizorlar istehlakçıların hansı verilişlərə baxdığını, hansı tətbiqlərdən daha çox istifadə etdiyini, yerləşdiyi coğrafi ərazini və s. davranış tərzini qeydə alır və istehsalçıya ötürür. Onun fikrincə, burada ciddi bir problem yoxdur. “Android” və ya “iOS” üzərindən işləyən cihazlar da bu qaydada davranır. Hətta real rejimdə istehlakçının harada olduğunu da qeydə alır.

Amma Federal Ticarət Komissiyası hesab edir ki, “Vizio” istehlakçılar barədə məlumatları onların razılığı olmadan toplayıb. Haqqında danışılan mobil cihazlar isə istehlakçının razılığını alır və cihaz sahibi öz razılığı ilə həmin funksiyaları qoşur və ya ayırır.

Ekspertlər isə hesab edirlər ki, izlənmək istəməyən istehlakçı sadəcə, öz televizorunu internetə qoşmasın. Bununla belə, istehlakçı televizoru alarkən onun smart olmasını, internetə qoşula bilməsini və s. keyfiyyətlərini nəzərə alır. Əgər istehlakçı öz televizorunun smart funksiyalarından istifadə etməyəcəksə, o zaman daha ucuz televizor ala bilərdi.

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol