“Evliliyimizin bir aylığında mənə xəyanət etdi”

Загрузка...

Məşhur Hollivud ulduzu, aktyor Johnny Deppin keçmiş həyat yoldaşı Amber Heard haqqında verdiyi şok açıqlama maqazin dünyasında  marağa səbəb olub. 

Luxlife.az–ın xarici mətbuata istinadən xəbər verir ki, Johnny Depp keçmiş həyat yoldaşının ona xəyanət etdiyini deyib.  Buna səbəb 32 yaşlı Amber Heardın evlilikləri əsnasında aktyorun ona şiddət göstərməsini deməsi və məhkəməyə verməsi olub. 55 yaşlı aktyor, keçmiş həyat yoldaşı Amber Heardın bu hərəkətinə cavab olaraq 50 milyon dollarlıq dava açıb.

  Depp Amber Heardın evlilikləri üzərindən daha bir ay belə keçmədən Teslanın qurucusu milyarder Elon Musk ilə eşq macərası yaşadığını bildirib. Aktyorun iddiasına görə, Depp işləri ilə əlaqədar olaraq xaricdə olarkən Musk gecə saatlarında Amber Heard ilə öz evində görüşüb.   Qeyd edək ki cütlük birlikdə rol aldıqları Rum Diaries filminin çəkilişləri zamanı tanış olublar. Cütlük 2015-ci ildə evlənsələr də 2017-ci ildə qalmaqallı şəkildə boşanıblar.