Ezgi Molanın sevgilisi ilə ilk FOTOSU YAYILDI

Məşhur aktrisa Ezgi Molanın sevgilisi Mustafa Aksakallı ilə ilk dəfə fotosu üzə çıxıb.

Luxlife.az xəbər verir ki, Ezgi 5 aydır sevgili olduğu Mustafa ilə Kənan Doğulunun konsertində olub. Mustafa “Artıq Kənanın ən sevdiyim mahnısı “Kandırdım nazli yari sonunda çılgın sözlerle” mahnısıdır. Tez-tez zümzümə edirəm” deyib və Ezgiyə baxıb gülümsəyib.

Ezgi Mola 1983-cü ildə İstanbulda anadan olub. 2000-ci ildə “Akademi İstanbul”da təhsilə başlayıb. 18 yaşı olmadan Kartal Tibetin “Karate Can” serialı ilə ilk addımını atıb. Müjdat Gezen Sənət Mərkəzində 4 il təhsil alıb. Bir sıra film və seriallara çəkilib.

Загрузка...