Facebook məlumatları sızdırılmış istifadəçilərin dəqiq sayını açıqladı

Загрузка...

Facebook şirkəti Cambridge Analytica-nın iştirakı ilə məlumat sızıntısından zərər çəkmiş istifadəçilərin tam dəqiq sayını açıqlayıb.

İlk əvvəl məlumat verilmişdi ki, bu hadisə çərçivəsində 50 milyon istifadəçi zərər çəkib. İndi isə məlum olub ki, əslində söhbət 87 milyon istifadəçidən gedir. Sosial şəbəkə Cambridge Analytica şirkətinin hansı məlumatları əldə etdiyi barəsində zərər çəkmiş istifadəçilərə bildiriş göndərərək onları məlumatlandıracaq.

İsitfadəçilər bildirişi ana səhifənin yuxarı hissəsində görəcəklər. Həmin bildirişdə həmçinin şəxsi məlumatlardan istifadə edən bütün tətbiqlərin adları da yerləşdiriləcək. İsitfadəçilər daha sonradan həmin tətbiqləri silə bilərlər. Qeyd etmək lazımdır ki, Cambridge Analytica şirkəti sosial şəbəkənin qaydalarından yan keçərək istifadəçilərin də xəbəri olmadan onların məlumatlarını əldə edib. Şirkət həmin məlumatları siyasi reklamların və həmçinin 2016-cı ildə Donald Trump-ın seçkiqabağı kampaniyasının inkişafında istifadə edib.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol