“Flora və Röya qalmaqalına əsəbiləşirəm” – Murad

Aparıcı-müğənni Murad Arif xalq artisti Flora Kərimova və əməkdar artist Röya Ayxanı qınayıb. 

Luxlife.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində deyib ki, iki xanıma qalmaqal etməyi yaraşdırmayıb. Murad “Şou-biznesin hansı qalmaqalına baxıb, əsəb keçirmisən” sualına belə cavab verib:

“Flora və Röya – iki xanımın qalmaqalına əsəbiləşmişəm. Kaş, mehriban olardılar. Mənə ləzzət etmədi onların qalmaqalı”.

Qeyd edək ki, F.Kərimova ilə R.Ayxan arasında qalmaqal məhkəməyə qədər gedib çıxmışdı. Kərimova Röyanın səs diapozonunun kiçik olduğunu söyləyib. Ondan sonra tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol