“Forbes” jurnalı dünyanın ən çox qazanan məşhurlarının adını açıqladı – SİYAHI + FOTO

“Forbes” jurnalı dünyanın ən çox qazanan məşhurlarının reytinqini açıqlayıb.

Luxlife.az xəbər verir ki, bu reytinqə amerikalı müğənni Beyons başçılıq edir. 2017-ci ilin yekunlarına görə, Beyons 105 milyon dollar qazanıb. O, həmin pulları Lemonade albomunun satışından, həmçinin “Formation” adlı qastrollardan qazanıb. Bundan əlavə, müğənninin şəxsi geyim markası da var.

“Forbes”-in reytinqində ikinci yeri britaniyalı müğənni Adel tutur. O, 2017-ci il ərzində 69 milyon dollar qazanıb.

İlk üçlüyü 44 milyon dollar qazancla Teylor Svift qapayır. Svift ötən il birinci yerdə idi. Proqnozlara görə o, 2018-ci ildə yenidən birinci yerdə ola bilər. 27 yaşlı müğənni bu yaxınlarda “Reputation” adlı albomunu təqdim edib. Bununla yanaşı yaxın zamanlarda albomuna dəstək üçün dünya turuna çıxmağı planlaşdırır.

Kanadalı müğənni Selin Dion siyahıda 4-cü yeri tutub. Onun illik qazanvı 42 milyon dollar olub.

Cennifer Lopez isə 38 milyon dollar ilə ilk beşliyi qapayır.

6-cı yerddə 37 milyon dollarlıq qazancla 71 yaşlı müğənni Dolli Parton dayanır.

İlk onluğa həmçinin Rihanna (38 milyon), Keti Perri (33 milyon), Britni Spirs (34 milyon) və 75 yaşlı Barbara Streyzand (30 milyon) daxildir.

Luxlife.az

Загрузка...