“Gələcəkdən keçmişə…” – Röya

Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl təqdim etdiyi fotosessiyası müzakirələrə səbəb olub. 

Luxlife
.az-ın məlumatına görə, əvvəlcə müğənninin yataqda və vanna otağındakı şəkilləri səs-küy doğurub. 

Daha sonra isə onun zinət əşyası ilə çəkdirdiyi fotosu müzakirə edilib. Belə ki, şəklin 2016-ci ildə əməkdar artist Röya Ayxanın eyni tərzdə fotosessiyasına bənzədiyi diqqətdən qaçmayıb. Sosial şəbəkədə də fotoların altından bu kimi şərhlər yazılıb. 

Bu bənzərliyə Röya da biganə qalmayıb. O, 3 il əvvəl çəkdirdiyi fotosunu yayımlayaraq “Gələcəyin keçmişi” sözlərini qeyd edib. Bir az keçdikdən sonra isə ifaçı İnstaqramın “story” bölümündə yayımladığı fotonu silib.

Qeyd edək ki, A.Kazımovanın sözügedən fotosessiyası “Boutique” dərgisi üçün edilib.

Загрузка...