Galaxy S10 5G’nin texniki göstəriciləri və qiyməti ortaya çıxdı

 Koreyanın Etnews adlı məşhur saytı Galaxy S10 flaqman modelinin ən təkmilləşdirilmiş versiyası barəsində məlumat verib. Məlumata əsasən sözügedən versiya 5G texnologiyasına sahib olacaq və Galaxy S10 X adlanacaq.

Bununla yanaşı smartfon 6.7 düym Super AMOLED ekran, ekrana inteqrsiya edilmiş barmaq izi skanı tenxologiyası, 10 GB RAM, 1 TB daxili yaddaş həcmi (çox güman ki, 512 GB daxili yaddaş + 512 GB microSD), 2 ön kamera, 4 arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Məlumatda qeyd edilib ki, 5G texnologiyasına sahib model digər Galaxy S10 modelləri ilə birlikdə 20 fevral tarixində təqdim ediləcək. Sözügedən modelin qiyməti isə 1425-1600$ olacaq və o, mart ayında satışa çıxacaq.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol