Gecə yuxuya necə rahat getməli?

Otağın istiliyini azaldın

Otağın istiliyini xəstə olacaq qədər azaltmayın. Tərləmənizə səbəb olacaq qədər isti otaqda yuxuya getmək çətindir. Mütəxəssislər yatdığınız otağın istiliyinin 5-23 dərəcə arasında olmasını tövsiyə edirlər. 

4-7-8 nəfəs məşqləri

Professor Andru Veil tərəfindən düşünülmüş bu texnika yuxu probleminizi aradan qaldıra bilər. Dilinizi üst damağınızla dişlərinizin birləşdiyi bir nöqtəyə yerləşdirin. Ağzınızı bağlayıb burnunuzdan nəfəs alın. Nəfəsinizi yeddi saniyə qədər tutub, sonra səkkiz saniyə ərzində ağciyərinizdə yığılmış olan bütün nəfəsi verin. Bu hərəkəti 4 dəfə üst-üstə etdikdən sonra nəticə əldə edə bilərsiniz. İlk günlər bir neçə dəfə bu hərəkəti təkrar edərək günlük stressinizi azalda bilərsiniz.

Yoqa və Meditasiya 

Stresli olduğunuz vaxtlarda yuxu problemi ilə qarşılaşmağınız təbiidir. Belə bir dövrdən keçirsinizsə, yoqa və meditasiya sizə kömək edə bilər. Yoqa və meditasiya sizi stresdən xilas etməz, eyni zamanda yuxuya rahat getməyinizə kömək edə bilər.

Saatınızı yataqdan uzaq tutun

Bəzi gecələr yuxunuzu bölünə bilər. Belə zamanlarda gözünüzə açan kimi saata baxmağı vərdişə çevirmisinizsə, yenidən yuxuya getməkdə çətinlik çəkə bilərsiniz. Saatı yatağınızdan uzaq tutmağa çalışın.

Gündüzləri yatmayın

Gecələri yuxu problemi yaşayırsınızsa, gündüz yuxunuzu almayın. Hər nə qədər gün ərzində qısa yuxular bədən üçün faydalı olsa da, gecə yuxusuna mənfi təsir edər. 

Загрузка...