2018-ci ildə dəbli görünməyin 9 QAYDASI – FOTO

Moda indi tendensiyalar istiqamətində deyil, alıcıların istəyinə, zövqlərinə uyğun inkişaf edir. Və o daha geniş auditoriya üçün nəzərdə tutulub. Son bir neçə ildir bütün dövrlərin trendlərinin hamısının eyni dərəcədə aktual olması bir daha göstərir ki, alıcılar eyni görünməyi sevmir. Hər moda brendi öz dəb cərəyanlarını təqdim edir və bu, modapərəstlərə imkan verir ki, hər kəs öz üslubunu yaratsın.

Publika.az bu yazıda oxucuları 2018-ci ildə dəbli olmağın bir neçə qaydası ilə tanış edib.

Açıq rənglər

Ağ yaz-yay mövsümünün rəngidir və yəqin ki, bunu çoxunuz bilirsiniz. Lakin stilistlər deyir ki, qış mövsümündə də açıq rənglərə üstünlük vermək olar. Soyuq havalarda ağ rəngdən qorxmaq lazım deyil, seçilmək arzunuz varsa, cəsarətli olun.

Aksessuarları eksperimentdən keçirin

2018-ci il modapərəstlərə bütün obrazın tonunu dəyişdirən xüsusi aksessuarlara diqqət göstərməyi təklif edir. Bu, qeyri-adi sırğa, boyunbağı, hətta döşəməyə qədər uzanan kəmər ola bilər.

Rəng trendlərini diqqətdən kənar qoymayın

Картинки по запросу lavanda color street style

Xəbər verdiyimiz kimi, “Pantone” rəng institutunun versiyasına görə, 2018-ci ilin əsas rəngi bənövşəyi və onun müxtəlif çalarları olacaq. Moda nümayişlərində də lavanda rəngli libasları çox gördük. Odur ki, alış-verişə gedəndə qara şalvar, qara bluz, qara stiletto və qara çanta əvəzinə, onların bənövşəyi versiyalarına yönəlin. Əmin olun ki, bu qayda sizə mövsümün ən dəblisi olmağa vəd verir.

Ofis dress-koduna yenilik gətirin

2018-ci ildə işgüzar xanımların ofis stilləri sıxıcı görünməməlidir. Əlbəttə ki, parçası, tikişi, kəsimi, biçimi əla olmalı, əyninizdə yaxşı oturmalı və onda özünüzü rahat hiss etməlisiniz. Ancaq seçdiyiniz kostyum eyni zamanda individuallığınızı da ifadə etməlidir.

Kostyumu klassik dikdabanlarla uyğunlaşdırmaq əvəzinə idman ayaqqabıları ilə geyinin. Bu zaman obrazınız həm rahat, həm çox maraqlı, həm də cəlbedici alınacaq. Başqa sözlə desək, insanlarının xoşuna gəlməyə çalışmayın, üslubunuzla özünüz haqqında düzgün informasiya ötürün.

Şəffaflığın da bir həddi olmalıdır

Dəbdə olan şəffaf geyim trendi ilə ayaqlaşmağa çalışmaq gözəldir, ancaq ümumi görünüşün çox itələyici olmadığından əmin olmaq üçün evdən çıxanda güzgüyə diqqətlə baxın. Obraz şokedici yox, sadəcə cəsarətli təsir bağışlamalıdır.

Keyfiyyətli pencək alın

Bu, həqiqətən də tez həll edilməli problemdir. Pencək elə seçilməlidir ki, həm cins, həm klassik şalvar, həm yubka, həm donlarla, həm krosovkalar, həm də klassik dikdabanlarla əla görünsün. Bu il dama-dama və qazayağı naxışı olan pencəklər aktualdır. Onlar arasından zövqünüzə xitab edən birini seçin.

Aldğınız modelin əyninizə yaxşı oturduğundan, kifayət qədər universal olduğundan və onu istənilən havada geyinə biləcəyinizdən əmin olun.

Sizə yaraşanı geyinin

Картинки по запросу 2018 street style

Əlbəttə ki, trendlərin sizə və üslubunuza uyğun olması vacibdir. Odur ki, özünüzə yaraşanı seçin, dəbdə olan, amma xoşunuza gəlməyən geyimləri almaq məcburiyyətiniz yoxdur.

Köhnə geyimləri yeni dəbə uyğunlaşdırın

Картинки по запросу 2018 street style

Köhnə əşyaları tullamazdan əvvəl, yeni kombinlər düzəltməyə çalışın. Köhnə geyimləri müvafiq yeni elementlərlə əvəz edin.

Yeni cins fasonları sınaqdan keçirin

Mağazalarda cins geyimlərin müxtəlifliyini nəzərə alsaq, sevimli dar cinslərinizdən imtina etməyə və ən qeyri-adi modelləri sınaqdan keçirməyə dəyər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol