İraq gözəli maşında güllələndi

1972-ci ildən sonra ilk dəfə 2015-ci ildə İraqda gözəllik kraliçası seçilən Tara Fares Bağdadda avtomobilində qətlə yetirilib.

Bu barədə ölkənin səhiyyə xidmətinin rəhbəri Ər-Rasaf Kasəm Əbdül Hadi bildirib: “Tara Faresin cəsədi şeyx Zeyd xəstəxanasına gətirilib. Onun üzərində 3 güllə yarası olub: ikisi başından, üçüncüsü sinəsindən”.

İraqın Daxili İşlər Nazirliyindən 30 yaşlı modelin ölümü ilə bağlı tədqiqatlara başlanıldığı bildirilib.

Qeyd edək ki, 2015-ci ildə “İraq gözəli” seçilmiş Tara bir müddət Avropada olduqdan sonra yenidən ölkəsinə qayıdıb.

O, sosial şəbəkələrdə açıq-saçıq fotoları ilə də məşhurdur.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol