Günay İbrahimlidən yeni FOTOSESSİYA

Загрузка...

Müğənni Günay İbrahimli yeni foto-layihəsini təqdim edib.

Luxlife.az-ın məlumatına görə, bir müddətdir mediadan uzaq gəzən ifaçı fərqli obrazda kamera qarşısına keçib və “Boho style” yaradıb.

İşlərindən danışan Günay deyib ki, onun haqqında son vaxtlar qəribə fikir formalaşıb:

“Təxmini iki ay əvvəl klipimi (“Əllərim darıxmasın”) təqdim etdim və bir qədər kənara çəkildim. Televiziya proqramlarına az çıxdım, yeni layihələrimə vaxtımı ayırdım. Amma bu müddət ərzində dedilər ki, Günay batıb, yoxa çıxıb. Düşünün, ən işlək sənətçi haqqında belə fikirlər səsləndirirlər. Bəlkə də iki ay özəl mahnı çıxarmamağım onları bu nəticəyə gətirdi.

Nəhayət ki, işlərimizi təqdim etməyə start verdik. İndi yeni fotosessiyamı bölüşürəm. “Boho style” adlanan foto-layihəmiz üzərinə böyük komanda çalışıb. Obrazım üzərində Zümrüd Mirzəliyeva, Lamiyə Ağababayeva və Aygün işləyib. Bir neçə həftə sonra isə iddialı mahnı və klip tamaşaçılarımı gözləyir”.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol