Günay yeni klipində plagiatlıq etdi – VİDEO

Загрузка...

Müğənni Günay İbrahimlinin ötən gün təqdim etdiyi “Can atma” klipi müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, sənətçinin İnstaqram səhifəsində paylaşdığı videoya yüzlərlə tənqid yazılıb.

Bir çoxları sənətçinin mahnısını bəyənməyib. Hətta bu klipi “Demə” mahnısına çəkməsini daha uyğun sayıblar. Hətta Günaya belə ritmik mahnını yaraşdırmayanlar da olub.

Daha sonra sənətçinin klipinin plagiat olduğu iddia edilib. Belə ki, Kiyevdə körpü üzərində lentə alınan kadrlar türkiyəli ifaçı Edisin “Dudak” klipindəkinin eynisidir. Hər iki klipdə müğənnilər qız rəqqasələri başına yığıb körpününü üstündə rəqs edirlər.

Ekran işindəki ikinci plagiatlıq isə Lobodanın “Super Star” klipindəndir. Belə ki, Loboda bir kadrda yük maşının üstündə oturur və rəqs edir. Günay isə klipdə tankın üstündə əyləşir və rəqs edir. Tək fərq Lobodanın qırmızı, Günayın yaşıl libas seçməsidir. Hətta paltarlar da eynidir.

İbrahimlinin klipdəki tərzi isə türkiyəli ifaçı Sılaya bənzədilib.

Bəzi kadrlar isə Günayın elə “O kimdi ki” klipinə bənzədilib. Xarabalıq və rəqs… Sözügedən klipin rejissoru Anar Hüseynovdur. “Can atma”nın isə ekran həlli Fərhad Əliyə həvalə olunub.

Digər müzakirə edilən mövzu isə, sənətçinin nə üçün ekran işini Kiyevdə çəkdirməsi olub. Belə ki, bir çoxları ekran işində qeyri-adi heç nə olmadığını vurğulayıb. Bu görüntülərin Bakıda da çəkilməsinin mümkün olduğunu bildiriblər. Hətta Zülfiyyə Xanbabayeva, Röya Ayxan kimi ifaçılar metroda klip çəkdiriblər. Bir vaxtlar Arzum adlı sənətçi metroda çəkdirdiyi klipə görə tənqid edilmişdi.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol