Gürcüstan Prezidenti maaşından imtina etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili əməkhaqqından imtina edib.

Загрузка...

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə dövlət başçısı keçirdiyi mətbuat konfransında bildirib.

O, Fransadan təqaüd aldığını və maaşını xüsusi fonda köçürəcəyini deyib: “Prezident Fondu ləğv olunduğundan xeyriyyəçiliyə dəstək verilməlidir. Prezident bu cür təşəbbüslərin bir növ himayəçisi olmalıdır. Buna görə də qərara aldım ki, mənim himayəm altında və ictimai şəxslərin köməyi ilə fond yaradılsın. İlk növbədə, mən əməkhaqqımı həmin Fonda köçürəcəyəm. Ümid edirəm ki, məndən sonra digərləri də bu addımı atacaq”.

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol