Gürcüstandan xəstəlik gəldi: günah kimdədir və nə etməli? – Pediatr izah edir

Bu gün kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin könüllü olaraq peyvənddən imtina etməsidir. Bunun “faydasını” indi görürük.

Luxlife.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev son günlər ölkədə qızılca xəstəliyinin yayılması barədə danışarkən bildirib. Pediatrın sözlərinə görə, mart-aprel aylarında 18 yaşdan yuxarı əhali qrupunu peyvəndləməyin planlaşdırılmasına səbəb bu yaş kontingentinin vaxtında peyvənd olunmamasıdır:

“Rəsmilər qızılcanın ölkəmizə gəlməsində Avropa ölkələrini, Gürcüstanı günahlandırır. Mart-aprel aylarında 18 yaşdan yuxarı əhali qrupunun peyvəndlənməsi məntiqlə bu yaş kontingentinin zamanında peyvənd olunmamasıdır. Dünyanın hər yerində tur vaksinasiya ya epidemiya vaxtı, ya da epidemiya təhlükəsi yarananda aparılır.

Hər hansı bir xəstəliyə görə əhalini təşvişə salmaq olmaz. Amma həqiqəti də demək lazımdır. Bizdə peyvənd məsələsi rəsmilərin dediyi kimi deyil. Kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin peyvənddən imtina etməsidir. Bunun “faydasını” da indi, qızılca xəstəliyi yayılan zaman görürük”.

V.Qarayevin sözlərinə görə, dəfələrlə deyilib və deyilir ki, peyvənd məsələsini mətbuat daim diqqətdə saxlamalıdır:

“TV-lərdə mütəmadi sosial çarxlar verilməlidir, ancaq etmirlər. Bizdə antivaksinator ordusu var. Əksəriyyət mahiyyəti anlamadan bu kampaniyaya qoşulub”.

Xatırladaq ki, son bir ay ərzində əhalinin hər yaş qrupu arasında qızılca xəstəliyi yayılıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol