Həftə-həftə hamiləlik

Загрузка...

Hamiləliyin ilk 3 həftəsi hamilə olduğunuzu bilmədiyiniz bir dönəmdir. Bu zaman uşaqlıq yolundan uşaqlığa və boruya keçən spermatozoid yumurta hüceyrəni dələrək içəri daxil olur. Və bu mayalanmış yumurta hüceyrə ziqot adlanır. 4-cü həftədə aybaşının olmaması və hamiləlik testinin müsbət olması hamiləlikdən xəbər verir. 
4-cü həftə. Döl yumurtası uşaqlıq divarına yapışır və embrion adlanır. Bu həftədə tək embrion deyil, plasenta da sürətlə inkişaf etməyə başlayır ki, bu proses 12-ci həftədə başa çatır. Ana hamiləliyin ilkin əlamətlərini hiss edə bilər. Hamiləliyə hazırlıq dövründən fol turşusu qəbul etməyən analar hamilə olduqlarını bildikləri andan fol turşusu qəbuluna başlamalıdırlar. 
5-ci həftə. Embrion sürətlə böyüməyə davam edir. Ektoderma, mezoderma və endoderma təbəqələri inkişaf edir. Bu həftədən plasenta göbək bağı funksiyasını yerinə yetirməyə başlayır. Embrionun ölçüsü təqribi 2 mm olur. Qan dövranı inkişaf etdikcə ürək döyüntüsü yaranır, ancaq siz hələ bunu eşitmirsiniz. Ana özünü yorğun, iylərə qarşı həssas hiss edir. Səhərlər ürəkbulanma və tez-tez sidiyə getmə halları baş verir. 
7-ci həftə. Kiçik bir paxla dənəsi boyda olan uşağınızın artıq əli və ayaqları əmələ gəlmişdir. Üzü formalaşmışdır. Beyni sürətlə inkişaf edir və başı bədəninə nisbətdə böyükdür. Həzm sistemi sürətlə inkişaf edir. Uşaqlığın ölçüləri əvvəlki ilə müqayisədə 2 dəfə artmışdır. Sidik kisəsinə təzyiq nəticəsində tez-tez sidiyə çıxma halları baş verir. Mütləq ilk ginekoloq müayinəsindən keçmək məsləhətdir. Qidalanmanıza və sağlığınıza diqqət yetirməlisiniz. 
6-cı həftə. Boyu artıq 2. 5 mm-ə çatmışdır. Gələcək həftələrdə gözlərə, qulaqlara, çənəyə, buruna çevriləcək çuxurlar əmələ gəlir. Ürək döyüntüləri 100-160 arası olur. 6-cı həftədə əllərin və ayaqların əmələ gələcəyi tumurcuqlar inkişaf edir. Bu həftədə bəzi hamilələrdə ləkələnmə və qanama görülə bilir. Bu uşaqlıqdankənar hamiləliyin və ya düşük təhlükəsinin simptomları ola bilər. Bu səbəbdən ginekoloqa müraciət etmək məsləhət görülür. 
8-ci həftə. Boyu 15 mm olub, artıq fetus adlanır. Gözləri, ağzı, burnu daha bəlli olub, göz qapaqları əmələ gəlmişdir. Artıq uşağınız insan görünüşü almağa başlamışdır. Boyu 1. 4-2. 0 sm arası ola bilir. Çəkisi 1 qr. çatır. Ürək qapaqları əmələ gəlir, ağ ciyərlərin inkişafı başlayır ki, tam formalaşması 34-cü həftədə başa çatır. Qığırdaq şəklində sümüklər inkişaf edir. Əl və ayaq barmaqları arasındakı pərdələr çəkilməyə başlayır. Anada uşaqlığın yığılması səbəbi ilə ağrılar meydana çıxa bilir. Artıq geyimləriniz daralmağa başlamışdır.