Həftənin klipləri – Kim daha çox izlənildi? – Video

Geridə qoyduğumuz iş həftəsində üç klip təqdim olunub.

Luxlife.az xəbər verir ki, müğənni Elçin Cəfərov “Şirinçay” adlı klipini təqdim edib.

Mahnının sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova məxsusdur,  Klipi isə İlkin Umudov işıqlandırıb. Onun klipi dörd gün ərzində 4 min dəfə izlənilib.

Xalq artisti Aygün Kazımova isə “Duy” adlı albomda təqdim etdiyi “Toy boy” mahnısını ekranlaşdırıb. Konsert görüntülərindən ibarət ekran işinə üç gün ərzində 3 min nəfər baxıb.

Müğənni Natavan Həbibinin isə “Əşi, özü bilər” adlı klipi ötən gün təqdim olunub. “25 Film Group”un ərsəyə gətirdiyi ekran əsəri bir neçə saatda 7 min dəfə izlənilib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol